"Bavariya"nın futbolçusu sıradan çıxdı
"Bavariya"nın futbolçusu Mario Mandzukiç Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq CSKA ilə matçda forma geyə bilməyəcək.

Bu barədə klub rəsmi tvitter səhifəsindən məlumat verilib. Bildirilib ki, oyunçunun ayaq əzələsində problem olduğu üçün bu qarşılaşmanı buraxmalı olacaq.

Qeyd edək ki, CSKA - "Bavariya" matçı sabah keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 768 dəfə oxundu.