Millimizin oyunlarının vaxtı müəyyənləşdi
Rusiyanın Sankt-Peterburq şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında keçiriləcək FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirinin qrup mərhələsində Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib.

Millimiz 2014-ci il yanvarın 4-ü Yunanıstan, yanvarın 6-ı Çexiya, yanvarın 8-ci isə Yaponiya ilə qarşılaşacaq.

Qeyd edək ki, sözügedən turnir 2014-cü il yanvarın 3-dən 12-ə qədər keçiriləcək.

4 yanvar
14:15. Yunanıstan - Azərbaycan

6 yanvar
12:00. Azərbaycan - Çexiya

8 yanvar
12:00. Yaponiya - Azərbaycan

Xəbər 794 dəfə oxundu.