PSJ Loran Blana yeni müqavilə təklif etdi
PSJ baş məşqçisi Loran Blana yeni müqavilə təklif edib.

Yeni sözləşmənin müddəti iki illikdir. Əgər fransız mütəxəssis bu müqaviləni qəbul edərsə, illik qazanacağı gəlir də artacaq.

Xatırladaq ki, L.Blan yay transferi pəncərəsində PSJ ilə 1+1 sistemi ilə sözləşmə imzalayıb.

Qeyd edək ki, Paris təmsilçisi hazırda ölkə çempionatında 34 xalla birinci pillədədir.

Xəbər 828 dəfə oxundu.