Rövşən Əmiraslanov "Simurq"dan gedəcək
Qış fasiləsində Zaqatalanın “Simurq” klubunu tərk edəcək ilk futbolçu dəqiqləşib. Bu barədə klub prezidenti Anar Bəkirov məlumat verib.

Bəkirov bildirib ki, “Simurq”a böyük ümidlərlə “Qəbələ”dən gətirilən yarımmüdafiəçi Rövşən Əmiraslanovla yollar ayrılacaq: “Rövşən Əmiraslanov təlim-məşq toplanışlarında yaxşı təsir bağışladı. Özünü göstərməyə çalışdı. Biz onu əsas heyət oyunçusu kimi dəvət etmişdik. Düşünürdük ki, “Simurq”un əsas heyətində mübarizə aparmağa qadir olan bir oyunçudur. Digər yerli futbolçularla müqayisədə kifayət qədər yaxşı müqaviləyə də qol çəkmişdi. Amma təəssüf ki, ardıcıl zədələr ona oynamaq imkanı vermədi. Rövşən özü də vəziyyəti başa düşür və getmək istəyir. Biz onu buraxacağıq”.

Qeyd edək ki, Əmiraslanov bundan öncə “Şəmkir”, “Masallı”, “İnter” kimi klubların uğurları üçün çalışıb. O, “Qəbələ” və “Simurq”da məhz zədə səbəbindən özünü göstərə bilməyib.

Xəbər 801 dəfə oxundu.