“Real” və “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq
Çempionlar Liqasının qrup mərhələsində sabah baş tutacaq "Real" (Madrid) - "Qalatasaray" matçına hər iki komanda ciddi itkilərlə çıxacaq.

Madrid klubundan dörd futbolçu "Cim-bom"la oyunda forma geyə bilməyəcək. Bunlar milli komandalarda zədələnən Sami Xedira, Fabio Koentrau, Rafael Varan və son olaraq "Almeriya" ilə matçda zədələnən Kriştiano Ronaldodur.

"Qalatasaray"dan isə qapıçı Fernando Muslera bu oyunu buraxmalı olacaq. Bundan başqa, Aykut, Engin Baytar, Yekta Kurtuluş da heyətə daxil edilməyib.

Xəbər 923 dəfə oxundu.