Hollandiya millisinin futbolçusu "Fənərbaxça"nın hədəfində
Türkiyə Superliqasının hazırki lideri "Fənərbaxça" klubu növbəti transfer hədəfini açıqlayıb.

"Sarı lacivərdli" komanda "Hamburq"un formasını geyinən Van der Vartı transfer etməyi planlaşdırır.

"Hamburq"la müqaviləsinin müddəti gələn ilin iyununda başa çatacaq 30 yaşlı futbolçunun təzminat qiyməti 7-8 milyon avro olaraq göstərilir. Lakin İstanbul təmsilçisi qiymətdə endirim etməklə Van der Vartı transfer etmək niyyətindədir. Tərəflər razılığa gələcəyi təqdirdə Hollandiya millisinin üzvü yanvar ayından "Fənərbaxça"da çıxış edəcək.

Qeyd edək ki, 2012-ci ildən "Hamburq"da çıxış edən Van der Vart keçirdiyi 38 oyunda 11 qola imza atıb.

Xəbər 853 dəfə oxundu.