"Mançester Yunayted"in futbolçusuna Fransadan təklif var
"Mançester Yunayted" klubunun müdafiəçisi Patris Evra Fransadan iki təklif alıb.

"Monako" və PSJ klubları fransız futbolçunun transferində maraqlıdır.

Hər iki komanda Evraya 4 illik müqavilə təklif edib. 32 yaşlı futbolçu Fransada oynayacağı təqdirdə ilinə 8 milyon avro qazanacaq. Evranın qışda hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.

Qeyd edək ki, 2006-cı ildən "Mançester Yunayted"in şərəfini qoruyan Evra bu komandanın heyətində 244 oyun keçirib.

Xəbər 858 dəfə oxundu.