Yurgen Klopp: "Aqressiv oyunçuları bəyənirəm"
"Borussiya"nın (Dortmund) baş məşqçisi Yurgen Klopp komandasında görmək istədiyi futbolçunun adını açıqlayıb.

İtaliya mətbuatına danışan alman mütəxəssis PSJnin hücumçu Zlatan İbrahimoviçlə çalışmaq istədiyini deyib: "Əgər daha yüksək transfer büdcəm olsaydı, İbrahimoviçi alardım. Aqressiv oyunçuları bəyənirəm".

Qeyd edək ki, İbrahimoviç 2012-ci ildən PSJ forması geyinir.

Xəbər 849 dəfə oxundu.