“Barselona”da daha bir yeni futbolçu
La Liqada "Qranada" ilə matçın 81-ci dəqiqəsində Neymarı əvəzləyən "Barselona"nın futbolçusu Adama Traore Kataloniya klubunun tarixinə düşüb.

A komandada debüt edən hücumçu "Barsa"nın formasını La Liqada geyən ən gənc 8-ci futbolçu olub.

18 yaşının tamam olmasına 10 ay qalan oyunçu bununla da klubun əsas futbolçuları Xavi Hernandez və Andres İnyestanı geridə qoyub.

Qeyd edək ki, Xavi və İnyesta "Barselona" forması ilə ilk oyunlarına 18 yaşında çıxıb.

Xəbər 801 dəfə oxundu.