Kəmaləddin Heydərov: Boksçularımız həm medal, həm də lisezniya qazanmaq üçün rəşadətlə mübarizə aparacaqlar
Son illər boksçularımız dünya arenasında müvəffəqiyyətlə çıxış edirlər. Azərbaycanda idmanın bu növünü inkişaf etdirmək məqsədilə inşa olunacaq yeni bina idmançılarımıza stimul verəcək. Onlar burada rahat məşq edə biləcəklər.

Bu sözləri sentyabrın 25-də Bakıda Azərbaycan Boks Federasiyasının (ABF) inzibati binasının təməlqoyma mərasimində federasiyanın prezidenti Kəmaləddin Heydərov deyib.

O, bildirib ki, bu kompleksdə təkcə paytaxt boksçuları deyil, həm də bölgələrdən olan idmançılar hazırlıq keçəcəklər. Qarşıda boksçularımızı böyük sınaq gözləyir. Sentyabrın 26-dan oktyabrın 8-dək ölkəmizdə 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya verən boks üzrə dünya çempionatı keçiriləcək. İdmançılarımız bu mötəbər yarışa cıddı hazırlaşıblar. Mən əminəm ki, boksçularımız həm medal, həm də lisezniya qazanmaq üçün rəşadətlə mübarizə aparacaqlar.

Federasiyanın prezidenti vurğulamışdır ki, son zamanlar BBC teleradio yayım korporasiyası həm ABF, həm də Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) ünvanına səsləndirdiyi böhtanın layiqli cavabını alacaq. Kiməsə istinadla qeyri-ciddi bir məlumatı dünya ictimaiyyətinə ötürmək düzgün addım deyil. Bu barədə ABF və AİBA-nın yetərincə faktları vardır. Bu, sadəcə olaraq böhtandır. AİBA güclü imicə malik olan bir qurumdur. Kənardan kiminsə bu quruma ləkə yaxması mümkünsüzdür

AzərTAc

Xəbər 1077 dəfə oxundu.