Ronaldo "Qalatasaray"la oyunu buraxa bilər
İspaniya La Liqasının 14-cü turunda dünən keçirilən "Almeria" - "Real" oyununda (0:5) qonaqların futbolçusu Kriştiano Ronaldo zədələnib.

Komandasının ilk qolunu vuran portuqaliyalı hücumçu ikinci hissənin əvvəllərində sağ ayağından zədələnərək oyunu davam etdirə bilməyib.

Həkimlərin ilkin müayinəsinə görə, Ronaldo noyabrın 27-də "Qalatasaray"la keçirilcək Çempionları liqası matçını buraxa bilər.

Xəbər 828 dəfə oxundu.