Almaniya Bundesliqası: "Borussiya" "Bavariya"ya uduzdu
Almaniya Bundesliqasında 13-cü turun oyunları davam edir.

İkinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

Səfərdə "Nürnberq"in qonağı olan "Bayer" (Leverkuzen) klubu rəqibini 1:0 hesabı ilə məğlub edib. "Şalke" isə Frankfurtda "Ayntraxt"la 3:3 bərabərə qalıb.

Turun mərkəzi qarşılaşması Dortundda baş tutub. Burada yerli "Borussiya" klubu Bundesliqanın lideri "Bavariya"nı qəbul edib. Oyun Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 13-cü tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

23 noyabr

Almaniya Bundesliqası, 13-cü tur

"Nürnberq" - "Volfsburq" - 1:1
Qollar: Arnold, 39 (0:1), Qinçek, 72 (1:1)

"Herta" (Berlin) - "Bayer" (Leverkuzen) - 0:1
Qol: Kisslinq, 28 (0:1)

"Augsburq" - "Hoffenhaym" - 2:0
Qollar: H.Altıntop, 17 (1:0), 23 (2:0)

"Ayntraxt" - "Şalke" - 3:3
Qollar: Flum, 14-avtoqol (0:1), Matip, 18 (0:2), Flum, 56 (1:2), Joselu, 61 (2:2), 68 (3:2), Hövedes, 86 (3:3)

"Braunşveiq" - "Frayburq" - 0:1
Qol: Fernandez, 52 (0:1)

"Borussiya" (Dortmund) - "Bavariya" - 0:3
Qollar: Qötze, 66 (0:1), Robben, 85 (0:2), Müller, 87 (0:3)

24 noyabr

"Hamburq" - "Hannover"

"Verder" (Bremen) - "Mainz"

22 noyabr

"Ştuttqart" - "Borussiya" (Münhenqladbax) - 0:2
Qollar: Rafael, 37 (0:1), Oskar, 73 (0:2)

Xəbər 910 dəfə oxundu.