Messi dünya çempionatında favoritlərin adlarını açıqladı
"Barselona"nın futbolçusu Lionel Messi milli komandası olan Argentinanın 2014-cü ildə təşkil olunacaq dünya çempionatındakı şanslarını dəyərləndirib.

Hücumçu Argentinanın turnirin favoritlərindən biri olduğunu deyib:

"Favoritlər həmişə eynidir. Almaniya, Braziliya, İspaniya, Fransa və Argentina birinci ola biləcək yığmalardır. Çempionata qədər yetərli zamanımız var. Çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. Bu dünya çempionatı bambaşqa olacaq".

Xəbər 794 dəfə oxundu.