Ançelotti İspaniya Futbol Federasiyasına qarşı çıxdı
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti İspaniya Futbol Federasiyasını (İFF) tənqid edib.

İtaliyalı mütəxəssi deyib ki, ölkənin futbol millisinin yoldaşlıq oyunlarını Afrikada oynanması ilə bağlı verilən qərar düzgün olmayıb.

Onun sözlərinə görə, matçların İspaniyadan bu qədər uzaqda olması futbolçuların yorulmasına gətirib çıxarıb: "İFF-nin qərarı fikrimcə düzgün deyildi. Oyunçular təyyarədə üç gecə keçiriblər. Yaxşı ki, mart ayına qədər başqa hazırlıq matçı yoxdur. Heyətdə zədəli futbolçuların çox olmadığına sevinirəm".

Xəbər 779 dəfə oxundu.