Qvardiola Almaniya futboluna uyğunlaşa bilmir
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola Almaniyada oynanılan futbola hələ də uyğunlaşa bilməyib.

Bu barədə təcrübəli mütəxəssisin özü açıqlama verib.

Qvardiola bunun üçün zamana ehtiyacı olduğunu bildirib: "Bavariya"nın hələ də mənim komandam olduğunu söyləyə bilmərəm. Bir az daha zamana ehtiyacım var. Oynadığımız futboldan məmnunam, amma mənim tərzim fərqlidir. Bundesliqada əks-hücumlara çox üstünlük verilir, ancaq bu, mənə görə deyil".

Xəbər 867 dəfə oxundu.