"Lans" ikinci pilləyə yüksəldi
Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu bu gün Fransa ikinci liqasında növbəti matçına çıxıb.

"Baku-2015" formalı komanda 15-ci turda öz meydanında "Çateroks"la qarşılaşıb.

"Lans" bu oyunda qələbə qazanacağı təqdirdə turnir cədvəlinin ikinci pilləsinə yüksələcəkdi. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyun "Lans"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, "Lans" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, bu görüşü ilk dəfə olaraq "Bakı" klubunun prezidenti Hafiz Məmmədov da izləyib.

23 noyabr

Fransa ikinci liqası, 15-ci tur

17:00. "Lans" - "Çateroks" - 2:0
Qollar: Qbamin, 51 (1:0), Valdivia, 89 (2:0)

Xəbər 919 dəfə oxundu.