Çixradze: "Qələbə qazanmaq bizim üçün vacib idi"
“Oyunun çətin olacağını bilirdik. Ümumiyyətlə, Premyer Liqada asan oyun yoxdur. “Sumqayıt” yaxşı hücum futbolu oynayan komandadır".

İdman.com.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqanın 14-cü turunda "Sumqayıt"la oyundan (1:0) sonra deyib.

"Qələbə qazanmaq bizim üçün vacib idi. İlk hissədə ikinci hissədən daha yaxşı oynadıq” - deyə o bildirib.

Xəbər 944 dəfə oxundu.