Millimizin rəqibləri müəyyənləşdi
2014-cü il yanvarın 3-dən 12-ə qədər Rusiyanın Sankt-Peterburq şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında keçiriləcək FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirinin püşkü atılıb.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması C qrupunda Yaponiya, Çexiya və Yunanıstan komandaları ilə mübarizə aparacaq.

A qrupu: Belarus, İran, Slovakiya, Finlandiya

B qrupu: Sloveniya, Estoniya, Rusiya, Moldova

C qrupu: Yaponiya, Çexiya, Yunanıstan, Azərbaycan

D qrupu: Ukrayna, Türkiyə, Sankt-Peterburq, Latviya

Xəbər 1062 dəfə oxundu.