Ançelotti İtaliya millisini çalışdırmağı düşünmür
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti İtaliya millisini çalışdırmağı düşünmür.

Təcrübəli mütəxəssis Madrid klubunda işləməyi sevdiyini deyib.

Ancaq italiyalı çalışdırıcı gələcəkdə keçmiş komandası "Milan"a dönməyin mümkün olduğunu bildirib: "Milan"dan gələn təklifə hər zaman müsbət cavab verərəm".

Qeyd edək ki, İtaliya yığmasının hazırkı çalışdırıcısı Çezare Prandellinin dünya çempionatından sonra millidən ayrılacağı gözlənilir.


Xəbər 870 dəfə oxundu.