Ronaldodan daha bir xeyirxah addım
"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo daha bir xeyirxah addımı ilə diqqət mərkəzinə düşüb.

Portuqaliyalı hücumçu yaxın dostu və "Benfika"nın yarımmüdafiəçisi Karlos Martinsin oğlunun xəstələndiyini eşidən kimi xəstəxanaya gedib və qan verib.

Ronaldo bildirib ki, bu cür addımlar atmağa hər zaman hazırdır: "Uşaqlara kömək etməyi çox sevirəm. İspaniyada yaşayan hər kəsi bu cür işlər görməyə çağırıram. "Qızıl top"u qazansam, təşkil edəcəyim ziyafətə bütün uşaqları dəvət edəcəm".

Qeyd edək ki, 28 yaşlı futbolçu dəfələrlə qan verib.

Xəbər 834 dəfə oxundu.