"Qalatasaray"ın futbolçusu 3 klubun hədəfində
"Qalatasaray" klubunun yarımmüdafiəçisi Nordin Amrabat karyerasını Hollandiya çempionatında davam etdirə bilər.

Bu ölkənin "Tvente" klubu mərakeşli futbolçunu icarəyə götürməyi planlaşdırır.

"Qalatasaray"ın əsas heyətindən kənarda qalan Amrabatın qışda komandadan ayrılacağı gözlənilir. Lakin təcrübəli futbolçu ilə "Dinamo" (Moskva) və "Hall Siti"nin də yaxından maraqlanması "Tvente"nin işini çətinə salır.

Qeyd edək ki, Amrabat daha öncə verdiyi açıqlamasında İngiltərə Premyer Liqasında oynamaq istədiyini bildirmişdi.

Xəbər 1041 dəfə oxundu.