“Synergy Baku” heyətini elan edib
Bu il uğurlu çıxışından ruhlanmış “Synergy Baku Cycling Project” velosiped komandası gələcəyə nikbin baxır. İdman.com.az xəbər verir ki, yeni mövsümdə bu kollektivin heyətində 16 velosipedçi çıxış edəcəkdir. Onlardan 5-i Azərbaycan nümayəndəsidir. Bu fakt layihənin əsas məqsədini – peşəkar velosiped idmanında azərbaycanlıların təmsil olunması məqsədini tam əks etdirir.

“Synergy Baku” klubunun baş direktoru Devid Makkeyd deyib: “2014-cü il mövsümündə bizim əsas vəzifəmiz işlərimizin yetərincə yaxşı getdiyi UCİ Asiya turunda öz mövqelərimizi qoruyub saxlamaq, habelə Avropa turunda daha yüksək səviyyədə çıxış etməkdir. Keçən il biz komandanı çox gec tərtib etdik, bu isə bizim Avropada bütün bacarığımızı göstərməyə imkan vermədi. Bu dəfə biz daha yaxşı hazırlaşmışıq və çox istərdim ki, yaxşı çıxış edə bilək. Keçən il UCİ mövsümündə 15 qələbə qazanmağımız ümidlərimizi artıqlaması ilə doğrultdu. Bu, inanılmaz idi. Lakin bu dəfə daha böyük uğurlar qazanmağa çalışmalıyıq.
2014-cü ildə komanda aşağıdakı heyətdə çıxış edəcəkdir: azərbaycanlılar – Elçin Əsədov (26), Məhəmməd Ələkbərov (28), Samir Cəbrayılov (19), Aqşin İsmayılov (26) və Tural İsgəndərov (21); almaniyalı yürüşçülər – Daniel Klemme (21), Maykl (28) və Kristof (27) Şvaytser qardaşları; avstraliyalılar – Lyuk Devison (23), Pet Lane (22) və Uil Uolker (27); avstriyalılar Markus Eibeqqer (28) və Yan Sokol (23); ukraynalılar Maksim Averin (27) və Aleksandr Surutkoviç (29); irlandiyalı Konnor Makkonvey (25).

Komandanın yeni üzvlərindən biri – kontinental “Leopard Trek” komandasından gəlmiş alman Daniel Klemme özünü yaxşı təqdim etmişdir; o, Çin turu - 2 müxtəlif yarışının iki mərhələsində qalib gələrək ümumi hesabda ikinci nəticə göstərmişdir. Maykl Şvaytser də bizim komandaya qoşulmuşdur. Onun böyük qardaşı Kristof 2013-cü ildən bu komandada çıxış edir.

Uolker və Eibeqqer dünya turlarında qazandıqları təcrübəni bu gənc komanda ilə bölüşəcəklər. Uolker üç mövsüm ərzində “Rabobank” komandasında çıxış etmişdir. Eibeqqer isə “Girod Italia” və “Tour de France” yarışlarında qazandığı dəyərli təcrübəni gənc veloyürüşçülərlə bölüşə bilər. Yeni komandada iştirakını ikiqat faydalı hesab edən Eibeqqer deyir: “Fikrimcə, qalib komanda yaratmağa, Azərbaycan veloyürüşçülərinin vərdişlərini təkmilləşdirməyə, komandanın ümumi ruhunu yüksəltməyə kömək edə biləcəyəm. Mənim vəzifəm Azərbaycanda idmanın inkişafını dəstəkləmək və əlbəttə, qalib gəlməkdir”.

Təbii ki, komandanın əsas məqsədi gələn ilin may ayında keçiriləcək beynəlxalq “Tour d’Azerbaidjan” velosiped yarışında qalib gəlməkdir. 2013-cü ildə komanda böyük uğurlar qazanmışdır. Surutkoviç həmin veloyürüşdə uğurla çıxış edərək finiş xəttinə ikinci çatmış, Kristof Şvaytser isə veloyürüşün birinci mərhələsində qalib gəlmişdir. Veloyürüşün 2.1 sinfinə aid edilməsi ilə əlaqədar iştirakçılar arasında güclü komandalar olacaq, lakin “Synergy Baku ” komandası yaxşı nəticələrə ümid edir. Makkueyd deyir: “2014-cü ildə bizim əla komandamız olacaq və mən əminəm ki, son mərhələyə qədər mübarizəni davam etdirəcəyik. Qeyd etmək lazımdır ki, indi bizim əsas strategiyamız Azərbaycanın gənc velosipedçilərini inkişaf etdirməkdir. Onlardan üç nəfəri avqustun 1-də komandaya qoşulacaq və mövsümün sonunda yarışlarda iştirak edəcəkdir. Komandanın tərkibində gənc yürüşçülər və təcrübə keçən velosipedçilər də olacaq. Bir qədər irəli gedərək deyə bilərəm ki, 2015-ci ildə daha böyük perspektivlər gözlənilir, çünki komanda məhz həmin ildə qitə miqyasında peşəkarlar səviyyəsinə çatmağa hazırlaşır. Bu, ali dərəcəli yürüşlərdə iştirak etməyə imkan verəcəkdir”.

Veloyürüşçülər də yeni mövsüm ərəfəsində nikbin olduqlarını gizlətmirlər. Kristof Şveytser deyir: “Bir il də Bakı komandası ilə olacağam. Bunu səbirsizliklə gözləyirəm və ümid edirəm ki, 2014-cü il qismən 2013-cü ilə oxşayacaqdır: bol sevinc, güclü dəstək və əla komanda yoldaşları”!

Maykl Şvaytser deyib: “Komandada ən yaşlı yürüşçü mənəm, buna görə gənclər üçün bir növ məsuliyyət daşıyıram. Son illərdə müxtəlif komandaların heyətində çıxış edərək, zəngin təcrübə toplamışam. Bu təcrübəmi başqa veloyürüşçülərlə bölüşməyə çalışacağam”.

Konnor Makkonvey deyib: “Gələn il biz “Hər şey qələbə naminə” devizi çıxış edəcəyik. Harada və necə qalib gələ biləcəyim barədə müəyyən ideyalarım var. İstəyirəm ki, əvvəlki bütün uğursuzluqlarımın təcrübəsi yeni qələbələr üçün dərs olsun. Qışda və bütün ilboyu çox işləyəcəyəm, onda nəticəni də çox gözləmək lazım olmayacaq”.

Xəbər 1015 dəfə oxundu.