Ronaldo: "Qızıl top"u düşünmürəm" | |
"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo Madrid klubunda olduğu üçün çox xoşbəxtdir. Portuqaliyalı hücumçu futbolçu karyerasını hazırkı komandasında başa vurmaq istədiyini deyib. Ronaldo "Qızıl top" mükafatını təqdimetmə mərasiminə qatılıb-qatılmayacağına da münasibət bildirib: "Mərasimdə iştirak edib-etməyəcəyim dəqiq deyil. Ancaq mən "Qızıl top"u düşünmürəm". Ulduz futbolçunun sözlərinə görə, Madrid klubunda oynayırsa, ildən-ilə daha da yaxşı formada olmağa çalışmalıdır: "Yaşım artdıqca bəzi şeylərin fərqində oluram. 4 il əvvəl olsa, bəzi səhvlər etməzdim". |
|
Xəbər 878 dəfə oxundu. |
|
|