Aliya Qarayeva lizenziyanı dünya üçüncüsü kimi qazandı

Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatının bürünc mükafatçısı olub və 2012-ci il Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanıb.

Çöxnövçülük üzrə finalda çıxış edən Qarayeva 112,450 xal toplayaraq üçüncü yeri tutub. Bu, Azərbaycan gimnastikası tarixində ilk belə hadisədir. Beləliklə, Aliyə Qarayeva Londona birbaşa vəsiqə alan 15 gimnastın sırasındadır.
Dünya çempionatında rusiyalılar Yevgeniya Kanayeva birinci, Darya Kondakova isə ikinci yeri tutublar.

Xəbər 2825 dəfə oxundu.