Federiko Donkaster Roversə dönüb
22 yaşlı italyan futbolçu Federiko Makeda zədəsini sağaldaraq Donkaster Roversə dönüb.

Mançester Yunayted forvardı icarəyə verib. Sözləşmə 31 dekabra qədərdir.

Qeyd edək ki, Makeda sentyabrda icarəyə verilmişdi. Lakin zədə aldıqdan sonra müalicə üçün Mançesterə dönmüşdü.Əlavə edək ki, zədələnənə qədər 22 yaşlı futbolçu Donkasterin heyətində 5 oyuna 3 qol vurmuşdu.

Xəbər 738 dəfə oxundu.