Lionel Messi digər klubların təklifini nəzərdən keçirəcək
İspaniya “Barselona”sının və Argentina milli komandasının futbolçusu Lionel Messi digər klubların təklifini nəzərdən keçirməyə hazırlaşmadığını açıqlayıb.

Messi "Marca"ya müsahibəsində bütün karyerasını Kataloniya komandasında keçirməyi planlaşdırdığını söyləyib.

O deyib: “Əlbəttə, digər böyük komandaların mənimlə maraqlandığını öyrənmək xoşdur. Lakin həyatım “Barselona”ya məxsusdur. Burada bütün karyeramı keçirmək niyyətindəyəm. Hazırda komandamız düzgün yoldadır. Yenidən çempion olmaq üçün əla imkanımız var. Habelə, Argentina millisinin heyətində dünya çempionluğu qazanmağı çox istəyirəm. Bu, mənim əsl arzumdur” (Lent.az).

Xəbər 727 dəfə oxundu.