Eşli Koula əvəzləyici tapıb
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo cari mövsüm zəif təsir bağışlayan Eşli Koula əvəzləyici tapıb.

Portuqaliyalı mütəxəssis "Bavariya"nın müdafiəçisi Filip Lamı transfer etməyi planlaşdırır.

Mourinyo yanvar ayından Lamı komandasında görmək istəyir. Lakin "Bavariya"nın çalışdırıcısı Pep Qvardiola da Almaniya millisinin futbolçusunu buraxmaq niyyətində deyil. Lam "Bavariya"da Qvardiolanın ən sevimli futbolçularından hesab olunur. Bununla belə, "Çelsi" klubu Münhen təmsilçisinə yüksək məbləğ təklif etməklə Lamın keçidini reallaşdıra bilər.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2002-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir

Xəbər 956 dəfə oxundu.