Siyəzəndə “Coca-Cola Məktəbli Kuboku”na start verilib
Noyabrın 21-dən etibarən ölkəmizdə uşaq futbolunun inkişafı və futbolun kütləviliyinin təmin olunması məqsədi ilə AFFA və Coca-Cola şirkəti tərəfindən şəhərin Xətai küçəsində istifadəyə verilmiş süni örtüklü futbol meydançasında rayon tam orta məktəblərin 7-ci sinif şagirdləri arasında “Coca-Cola Məktəbli Kuboku”nun rayon mərhələsi start götürüb.

Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda tam orta məktəblərin 14 komandası, ümumilikdə isə 140 məktəbli yarışlara qatılıb. Yarışların ilk günündə komandalar arasında 5 oyun keçirilib.

Qalib gəlmiş komanda “Coca-Cola Məktəbli Kuboku”nun zona mərhələsində iştirak etmək hüququ qazanacaq.

Xəbər 1107 dəfə oxundu.