Messi “Atletiko”nu təriflədi
"Barselona"nın futbolçusu Lionel Messi "Atletiko"nu və klubun futbolçusu Arda Turan haqda danışıb.

Argentinalı hücumçu Madrid təmsilçisinin çox mübariz komanda olduğunu deyib: "Onların bu səviyyəyə qalxacağını kimsə gözləmirdi. Amma ötən mövsümdən başlayaraq bütün turnirlərdə ən yüksək yerdə olmaq üçün çalışırlar. Klubun baş məşqçisi Dieqo Simeone böyük işlər görür".

L.Messi bildirib ki, A.Turan komandanın ən önəmli futbolçuların biridir: "Arda ustalıq səviyyəsini bütün matçlarda çox yaxşı şəkildə göstərir".

Xəbər 825 dəfə oxundu.