Şalva Qadabadzenin adı FİLA-nın reytinq siyahısında
FİLA tərəfindən 2013-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Dünya çempionatı zamanı "Ən yaxşı hücum edən güləşçi", "Ən yaxşı müdafiə olunan güləşçi" və "Ən effektiv güləşçi" nominasiyalarında yunan-Roma güləşi üzrə reytinq siyahısı açıqlanıb.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü, Macarıstanda keçirilən Dünya çempionatında bürünc medal qazanmış Şalva Qadabadze "Ən yaxşı müdafiə olunan güləşçi" nominasiyasında ilk onluqda yer alıb.

Qeyd edək ki, Şalva Qadabadze Dünya çempionatının bürünc mükafatçısı (2013), Avropa çempionatının 3 dəfə bürünc mükafatçısı (2009, 2011, 2012), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl Qran Pri» Beynəlxalq Turnirinin final mərhələsinin ikiqat qalibi (2008, 2012) və gümüş (2010) medalçısıdır.

Xatırladaq ki, bir müddət öncə FİLA tərəfindən sərbəst güləşçilərin reytin qiyahısı açıqlanmışdı. Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının lideri, Macarıstanda keçirilən Dünya çempionatında gümüş medal qazanmış Xetaq Qazyumov "Ən yaxşı müdafiə olunan güləşçi" nominasiyasında ilk onluqda yer almışdı.

Xəbər 910 dəfə oxundu.