Ronaldo: "İndi "Real" zamanıdır"
"DÇ-2014"ün "pley-off" mərhələsində İsveçlə matçda het-triklə yadda qalan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo artıq sadəcə "Real" (Madrid) klubunu düşündüyünü bildirib.

Klubun saytına danışan 28 yaşlı oyunçu deyib ki, bundan sonra Madrid təmsilçisində ən yaxşı oyununu nümayiş etdirməyə çalışacaq:

"Çətin və stressli bir həftə keçirdik. Amma indi "Real" zamanıdır. Nə qədər yorğun olsam da, meydana çıxıb əlimdən gələnin ən yaxşısını edəcəyəm. Azarkeşlərə qarşı bir məsuliyyətim var. Onların tələblərini yerinə yetirməyə çalışacam".

Xəbər 838 dəfə oxundu.