"Çelsi"inin futbolçusu sıradan çıxdı
"Çelsi"nin futbolçusu Eşli Koul 1 həftəlik sıradan çıxıb.

Buna İngiltərə millisinin forma geyən müdafiəçinin Almaniya ilə yoldaşlıq oyununda zədələnməsi səbəb olub. Tibbi müayinədən keçən futbolçunun bir həftə forma geyməyəcəyi bildirilib.

Bununla da o, Premyer Liqada "Aston Villa" ilə matçda iştirak etməyəcək.

Qeyd edək ki, İngiltərə - Almaniya matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 850 dəfə oxundu.