Ronaldo rekordlara doymur
"DÇ-2014"ün "pley-off" mərhələsində İsveçlə matçda het-trik edən Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni uğurlara imza atıb.

Yığmada 47 dəfə fərqlənən portuqaliyalı hücumçu ölkə tarixininin bombardiri Pauletanın rekorduna şərik olub.

Bununla da, o, Portuqaliya millisində ən çox qol vuran iki futbolçudan biri olaraq tarixə keçib.

Ronaldo həmçinin öz rekordunu da yeniləməyi bacarıb. Belə ki, ötən il 63 dəfə fərqlənən hücumçu indidən 66 dəfə fərqlənə bilib.

Xəbər 807 dəfə oxundu.