"Beşiktaş"ın futbolçusu "Atletiko" yolunda
"Beşiktaş"ın hücumçusu Hüqo Almeyda yanvar ayından "Land of Fire Azerbaijan" forması geyinə bilər.

"Marca" qəzeti yazıb ki, portuqaliyalı hücumçunun təzminat qiymətinin 50 faizinə sahib olan "Gestufute" şirkəti bu hissəni "Atletiko" (Madrid) klubuna satıb.

Madrid təmsilçisi də oyunçu ilə maraqlandıqlarını təsdiqləyib. Klubun artıq "Beşiktaş"la da danışıqlara başladığı bildirilib.

Xəbər 1508 dəfə oxundu.