“Real” Xabi Alonsoya yeni müqavilə təklif etdi
"Real" (Madrid) futbolçusu Xabi Alonsoya iki illik yeni müqavilə təklif edib.

Təcrübəli yarımmüdafiəçi yeni sözləşməni imzalayacağı təqdirdə, ildə 4.5 milyon yarım avro qazanacaq.

Hazırda "Çelsi" və "Yuventus" kimi klubların maraq dairəsində olan X.Alonsonun hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, əgər futbolçu klubun ona təklif etdiyi müqaviləni rədd etsə, "Real"ın "Borussiya"nın yarımmüdafiəçisi İlkay Gündoğanın transferi üçün danışıqlara başlayacağı bildirilir.

Xəbər 864 dəfə oxundu.