Robinyo əfsanəvi Pelenin rekordunu təzələdi
Braziliya millisinin hücumçusu Robinyo əfsanəvi Pelenin rekordunu təzələyib.

Belə ki,ötən gecə braziliyalılar yoldaşlıq görüşündə Çilini 2:1 hesabıyla məğlub ediblər. Robinyo həmin qarşılaşmada komandasının qələbə qolunu vurub. Bununla da “Milan”ın forvardı Çili ilə oyunlarda vurduğu qolların sayını 9-a yüksəldib. Buna qədər çililərin qapısından ən çox top keçirən oyunçu Pele idi. Onun hesabında 8 dəqiq zərbə var idi.

Xəbər 708 dəfə oxundu.