"Barselona"da daha bir ciddi itki
“Barselona”nın qapıçısı Viktor Valdes İspaniya millisinin CAR-la keçirdiyi yoldaşlıq görüşündə zədələnib.

İkinci hissədə meydana çıxan futbolçu 81-ci dəqiqədə əvəzlənməli olub. İlkin məlumata görə, Valdes dizaltı bağlarından xəsarət alıb və təxminən 6 həftəlik sıradan çıxıb. Daha dəqiq məlumat Barselonada keçiriləcək tibbi müayinədən sonra veriləcək.

Qeyd edək ki, Valdesdən başqa Messi, və Alba da növbəti oyunlarda Kataloniya klubuna kömək edə bilməyəcək.

Xəbər 833 dəfə oxundu.