Fransa bir ilkə imza atdı
DÇ-2014-ün "pley-off" mərhələsinin cavab qarşılaşmasında Ukraynanı 3:0 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazanan Fransa bir ilkə imza atıb.

Bu komandaların ilk qarşılaşmasında Ukrayna 2:0 hesabı ilə qalib gəlmişdi. Cavab oyununda isə Fransa istədiyi nəticəni əldə edərək dünya çempionatında iştirakını təmin edib.

Bununla da Fransa "pley-off"da birinci görüşü iki cavabsız qolla məğlub olduqdan sonra dünya çempionatına getməyi bacaran ilk milli olaraq tarixə düşüb.

Xəbər 850 dəfə oxundu.