Semik Kaya karyerasını erkən başa vura bilər
"Qalatasaray" və Türkiyə millisinin oyunçusu Semih Kaya futbolçu karyerasını erkən başa vura bilər.

Bir ildir ki, belində problemləri olan və iynə ilə matçlarda iştirka edən gənc oyunçunun vəziyyəti daha da pisləşib.

Son olaraq yığmanın Şimalı İrlandiya ilə oynadığı qarşılaşmada zədələnən müdafiəçinin bel sümüyündə qırıq olduğu məlum olub. Buna görə də onun əməliyyat olunmasının vacib olduğu bildirilib. Semih əməliyyat olunacağı təqdirdə mövsümü erkən başa vuracaq. Həkimlər bildirib ki, müdafiəçi yenidən iynələrlə matçlara çıxmağa təkid edərsə, futbolçu karyerasını bitirmiş olacaq.

Xəbər 841 dəfə oxundu.