Braziliyaya gedəcək daha 6 komandanın adı müəyyənləşdi
Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir.

Bu gün keçiriləcək 4 oyunla Avropa zonasından Dünya çempionatına yollanacaq sonuncu iki komandanın adına aydınlıq gəlib.

Rumıniya öz meydanında Yunanıstan millisini qəbul edib. Komandalar arasında ilk görüş yunanların qələbəsi ilə başa çatıb - 3:1. Bu görüşdən 1:1 bərabərliklə ayrılan Ellada təmsilçisi mundiala vəsiqəni təmin edib.

Digər görüşdə İslandiya yığması Xorvatiyanın qonağı olub. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılmışdı. Doğma azarkeşləri önündə rəqibini 2:0 hesabı ilə məğlub edən xorvatlar dünya çempionatında iştirak hüququ qazanıblar.

Daha bir maraqlı görüş Fransada baş tutub. Burada yerli komanda Ukraynanı qəbul edib. Öz meydanında rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna yığması mundiala vəsiqə qazanmaq üçün yaxşı şans əldə etmişdi. Lakin doğma meydanda daha fərqli oyun nümayiş etdirən Didye Deşamın komandası mundiala vəsiqə qazanan tərəf olub.

Ən maraqlı qarşılaşmalardan biri İsveç - Portuqaliya oyunu olub. Zlatan İbrahimoviçin kapitan sarğısını daşıdığı İsveç millisi səfər meydanındakı məğlubiyyətin (0:1) əvəzini çıxmağa çalışacaqdı. Bu görüş əsasən İbrahimoviç - Ronaldo dueli kimi yadda qalıb. İlk oyunda komandasına vacib qələbə qazandıran Ronaldo bu görüşdə də ön plana çıxıb.

Belə ki, fasiləyə qolsuz bərabərliklə yollanan komandaların duelində hesabı məhz Ronaldo açıb. İsveç millisinin kapitanı İbrahimoviç iki qol vurmaqla komandasını ümidləndirib. Lakin Ronaldo yenidən səhnəyə çıxaraq dubl edib və bununla da Portuqaliya yığmasının Braziliyaya gedəcəyi rəsmiləşib.

Qeyd edək ki, Afrika zonasından isə Misir və Əlcəzair yığmaları dünya çempionatında iştirak hüququ əldə ediblər.

19 noyabr

Avropa zonasında pley-off oyunları

23:00. Rumıniya - Yunanıstan (İlk oyun- 1:3) - 1:1
Qollar: Mitroqlu, 23 (0:1), Torosidis, 54-avtoqol (1:1)

23:15. Xorvatiya - İslandiya (İlk oyun - 0:0) - 2:0
Qollar: Mandzukiç, 27 (1:0), Srna, 67 (2:0)
Qırmızı vərəqə: Mario Mandzukiç, 38 (Xorvatiya)

23:45. İsveç - Portuqaliya (İlk oyun - 0:1) - 2:3
Qollar: Ronaldo, 50 (0:1), İbrahimoviç, 68 (1:1), 72 (2:1), Ronaldo, 77 (2:2), 79 (2:3)

00:00. Fransa - Ukrayna (İlk oyun - 0:2) - 3:0
Qollar: Sako, 22 (1:0), Benzema, 34 (2:0), Sako, 72 (3:0)
Qırmızı vərəqə: Yevhen Kaçeridi, 47 (Ukrayna)


Afrika zonasında pley-off oyunları

20:00. Misir – Qana (İlk oyun – 1:6) - 2:1
Qollar: Zaki, 24 (1:0), Gedo, 84 (2:0), Boatenq, 89 (2:1)

22:15. Əlcəzair – Burkina Faso (İlk oyun - 2:3) - 1:0
Qol: Slimani, 49 (1:0)

Xəbər 964 dəfə oxundu.