Ağcabədidə şahmat üzrə rayon turniri keçirilib
14-17 noyabr tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə, “Milli Dirçəliş günü”nə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.

Uşaq Gənclər Şahmat məktəbinin binasımda 26 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi, Milli Dirçəliş gününün qeyd olunması və
rayonda şahmat idman növünün inkişaf etdirilməsi olub.

Sonda birinciyə XəzərHüseynov, ikinciyə Anar Muxtarzadə, üçüncü yerə Əmirah Əmirov layi görülüb.

Xəbər 998 dəfə oxundu.