“Qızıl Qran Pri” turnirinin final mərhələsində kimlər iştirak edəcək?
Noyabrın 22-dən 24-ə qədər Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək turnirdə 32 ölkədən dünyanın 400-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq.

Yunan-Roma güləşi üzrə yığma komandamız yarışda 21 idmançı ilə iştirak edəcək. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında Orxan Əhmədov, Eldəniz Əzizli, Murad Bazarov, Sakit Quliyev (hamısı 55 kq), Kamran Məmmədov, Taleh Məmmədov, Rövşən Bayramov, Rövşən Tağıyev (hamısı 60 kq), Rəsul Çunayev, Vitali Rəhimov, Azad Əliyev (hamısı 66 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov, Rüstəm Əliyev, Niyaməddin İbrahimov (hamısı 74 kq), Saman Təhmasibi, Orxan Nuriyev, Şəhriyar Məmmədov (hamısı 84 kq), Şalva Qadabadze, Araz Həsənov (hər ikisi 96 kq) və Şəriət Sabahi (120 kq) ölkəmizi təmsil edəcək.

Qadın güləşçilərin yarışında 9 pəhləvanımız qüvvəsini sınayacaq. Baş məşqçi Yaqub Məmmədovun rəhbərlik etdiyi heyətdə Şəfəq Muradzadə, Kəmalə Əliyeva, Anjela Doroqan (hamısı 48 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç, İrina Netreba (hər ikisi 59 kq), Raqnetta Qurbanzadə (63 kq), Gözəl Zutova və Nataliya Palamarçuk (hər ikisi 67 kq) yer alıb.

Yeni baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi sərbəst güləş yığması 24 nəfərlik heyətlə turnirin son günündə mübarizəyə qoşulacaq. Mahmud Məhəmmədov, Yaşar Əliyev, Ruslan Surxayev, Mircəlal Həsənzadə (hamısı 55 kq), Hacı Əliyev, Ümid Məmmədov, Əhmədnəbi Qvarzatilov (hamısı 60 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev, Coşqun Əzimov (hamısı 66 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Emin Əzizov, Bəxtiyar İsrafilli (hamısı 74 kq), Aleksandr Qostiyev, İbrahim Usubov, Həmzət Osmanov (hamısı 84 kq), Xetaq Qazyumov, Şərif Şərifov, Hacı Əlicanov (hamısı 96 kq), Cəmaləddin Məhəmmədov, Əli İsayev və Aslan Dzebişov (hamısı 120 kq) sərbəst güləşçilərin yarışında ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, yarışların ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Noyabrın 23-də qadın, 24-də isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.

Sayca 6-cı dəfə keçiriləcək yarış “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 718 dəfə oxundu.