Şahmat üzrə turnir keçirilib
Noyabrın 18-də Ədliyyə Nazirliyinin yaranmasının 95 illiyinin qeyd edilməsi, məhkumların asudə vaxtlarının səmərəli təşkili, bacarıqlarının nümayiş etdirilməsi, idmana maraqlarının artırılması məqsədilə 17 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyinin yaranmasının 95 illiyinə həsr olunmuş Şahmat üzrə turnir və məhbusların əl işlərindən ibarət müsabiqə keçirilib.

Yekun nəticələrə görə şahmat üzrə birinciyə İsmayıl Həsənov, ikinciyə Ayxan Mirzeyev, üçüncüyə Qalib Qasımov; Əl işlərindən ibarət müsabiqədə birinciyə Camal Məmmədov, ikinciyə Oleq Sinisin, üçüncü yerə Elşad Əsədov layiq görülüblər.

Xəbər 943 dəfə oxundu.