Köhnə ulduzlar yenidən bir yerdə
Türkiyə və Almaniya milli komandasının köhnə milli oyunçuları Fillipində zərər görən insanlara yardım məqsədilə təşkilatda bir araya gəliblər.

İdman.com.az saytının məlumatına görə, bir yerə toplaşan köhnə ulduzlar Filippində baş vermiş fəlakətdən zərər görənlərə və kimsəsiz uşaqlara kömək məqsədilə matç oynayıblar. Sonda Türkiyə komandası matçı 7-2 hesabı ilə qazanıb.

Qeyd edək ki, "Uşaqlar üçün bir ürək" kampaniyası çərçivəsində Veltins Arena stadionunda təşkil olunan matçın gəlirinin əhəmiyyətli bir qismi ilə Filippində sel fəlakətindən zərər görmüş insanlara yardım ediləcək.

Xəbər 665 dəfə oxundu.