FİFA "Real"a təzminat ödəyəcək
FİFA “Real” (Madrid) klubuna Sami Xedira üçün təzminat ödəcəyək.

6 aylıq sıradan çıxan və çox güman ki, bu mövsüm bütün oyunlarda iştirak edə bilməyəcək yarımmüdafiəçi üçün FİFA "kral klubu"na 2,5 milyon avro təzminat ödəyəcək.

Buna səbəb alman futbolçunun milli komandanın heyətində zədələnməyi olub. FİFA artıq Madrid klubuna Xediranın əmək haqqını və futbolçunun yaşıl meydanlardan uzaq qalacağı günlər üçün lazımi məbləği ödəyəcəyini bildirib.

Qeyd edək ki, Xedira İtalya – Almaniya görüşünün 67-ci dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Xəbər 873 dəfə oxundu.