FİFA "Real Madrid"ə kompensasiya ödəyəcək
Ali futbol qurumu olan FİFA İspaniyanın "Real Madrid" klubuna 2,5 milyon avro kompnsasiya ödəyəcək. Buna səbəb "kral klubu"nun futbolçusu Sami Xediranın məhz milli komandasında olarkən zədələnməsi və mövsümü bağlaması olub. FİFA artıq bu barədə rəsmi məlumat verib.

Xatırladaq ki, Xedira Almaniya - İtaliya qarşılaşması zamanı zədələnərək meydanı tərk etmişdi.

Xəbər 824 dəfə oxundu.