"Rəvan" yoxlama oyunu keçirdi
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Rəvan” bu gün yoxlama oyunu keçirib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas komanda əvəzedicilərlə qarşılaşıb.

Hər biri 25 dəqiqədən ibarət 3 hissəlik görüşdə əsas komanda 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Xuan Manuel Varea və Elnur Abdulov vurub. Qeyd edək ki, bu oyunda əsas komandada zədəli futbolçulardan – Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa, hamı forma geymək şansı qazanıb.

Onu da əlavə edək ki, sabah istarahət edəcək futbolçular ayın 19-dan "Qarabağ”la matçın hazırlıqlarına başlayacaq. Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Qarabağ” – "Rəvan” matçı noyabrın 24-də, saat 17:00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq.

Xəbər 822 dəfə oxundu.