Xüsusi olimpiyaçılar futbol turnirində iştirak ediblər

Azəbaycan Xüsusi Olimpiya Komitəsinin «Qarabağ» Peşəkar Futbol Klubunun birgə təşkil etdikləri «21 sentyabr – Bir Gün Sülh!» Beynəlxalq Sülh Gününə həsr olunmuş futbol turniri keçirilib. Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyevin idman.som.az saytına verdiyi məlumata görə, yarışlarda Bakı-Abşeron və Sumqayıt komandaları iştirak edib. Güclü divizionda aparılan oyunlarda oğlanlar arasında I yeri Xəzər rayonu 12 saylı xüsusi internat məktəbi, qızlar arasında isə həmin rayonun E.Mirzəyev adına nitqi qüsurlu uşaqlar üçün Respublika xüsusi internat məktəbinin komandaları tutublar. Qalib komandalara Xüsusi Olimpiya Komitəsi tərəfindən diplom, medallar və kuboklar təqdim olunub.
Turnir Avropa Olimpiya Komitəsi tərəfindən keçiriləcək beynəlxalq yarışlara hazırlıq mərhələlərindən biridir.

Xəbər 616 dəfə oxundu.