Azərbaycan şahmat millisi 2-ci dəfə Avropa çempionu oldu!
Bu gün Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatı başa çatıb. İdman.com.az xəbər verir ki, 9-cu turda Azərbaycan millisi Ermənistan şahmatçıları ilə qarşılaşıblar.

Gərgin mübarizədə bütün lövhələrdə heç-heçə qeydə alınıb - 2:2.

Bu, nəticə qrossmeysterlərimizi razı salıb. İkinci masada oynayan Fransa yığması Rusiya kollektivinə uduzduğundan (2,5:1,5), qərbi avropalılar bizimlə sonadək şərikli liderliklərini qoruya bilməyiblər.
Beləliklə, ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində 2-ci dəfə komandalararası Avropa çempionu olub. Buna qədər, 2009-cu ildə Serbiyanın Novı Sad şəhərində keçirilmiş yarışda şahmatçılarımız qalb adını qazanmışdılar.

9-ci tur:

AZƏRBAYCAN - ERMƏNİSTAN - 2:2
Şəhriyar Məmmədyarov - Levon Aronyan 0,5:0,5
Teymur Rəcəbov - Sergey Movsesyan 0,5:0,5
Rauf Məmmədov - Vladimir Akopyan
Qədir Hüseynov - Qabriel Sərkisyan 0,5:0,5

Xəbər 1296 dəfə oxundu.