"Araz-Naxçıvan" sabah MOİK-lə qarşılaşacaq
"Araz-Naxçıvan" sabah MOİK-lə keçirəcəyi matç səbəbindən bu gün səhər saatlarında paytaxtımıza təşrif buyurub. İdman.com.az xəbər verir ki, saat 14:00-da məşqə çıxan Əsgər Abdullayevin komandası Bakının məşhur "Deluxe" otelində məskunlaşıblar.

Axşam saatlarənda "Araz-Naxçıvan" oteldə sürprizlə qarşılaşıblar. Komandamızı Bakıda dəstəkləyən və yeni fəaliyyətə başlayan "Nəqşicahan" AAK-nın 30-dan çox üzvü "Deluxe" otelinə təşrif buyuraraq məşqçilər korpusu və futbolçularla görüşüblər.

Görüşdə azarkeşlər sabah sevimli komandalarından yalnız qələbə gözlədiklərini bildiriblər. Bir saatadək davam edən görüşün sonunda xatirə şəkilləri çəkilib.

Xəbər 1079 dəfə oxundu.